Satıcı dəstəyi

Elan, moderasiya, panel və önə çəkmə barədə praktik cavablar.

Son yenilənmə: 06.09.2026

Elanım niyə rədd edildi?

Ən çox rast gəlinən səbəblər: kataloq şəkli, başlıqda telefon nömrəsi, yanlış kateqoriya və real olmayan qiymət. Dəqiq səbəb panelinizdə elanın yanında yazılır.

Statistikanı necə oxumalı

Panel üç rəqəm göstərir: baxış, nömrə göstərildiWhatsApp açıldı. Hər üçü gün ərzində unikal ziyarətçiyə görə hesablanır — eyni adam beş dəfə toxunsa bir sayılır.

Baxış çoxdur, nömrə açılışı azdırsa: qiymət və ya şəkillər problemdir. Nömrə açılır, amma zəng gəlmirsə: nömrənizin işlək olduğunu yoxlayın.

Önə çəkmə nə verir?

24 saatlıq yerləşdirmə mövqeyi — 5 ₼. Bu, elanın daha çox göstərilməsini təmin edir, satışa zəmanət vermir. Xidmət başlayandan sonra geri qaytarılmır.

Doğrulanmış nişanı necə alım?

Panelin «Sənədlər» bölməsinə şəxsiyyət vəsiqəsi və (varsa) VÖEN sənədini yükləyin. Yoxlama adətən 1-2 iş günü çəkir. Nişan olmadan da elan yerləşdirə bilərsiniz — o, məcburi deyil.