Necə işləyir

Elan tap, nömrəni aç, satıcı ilə birbaşa danış. Üç addım.

Son yenilənmə: 06.09.2026

Alıcı üçün

  1. Axtar. Kateqoriya, şəhər və qiymət filtrləri ilə elanı tap.
  2. Nömrəni göstər. Satıcının nömrəsi elan səhifəsində bir toxunuşla açılır. İstəsən WhatsApp-da yaza bilərsən.
  3. Razılaş. Qiymət, baxış vaxtı, çatdırılma və ödəniş — hamısı satıcı ilə birbaşa. İbay bu söhbətə qarışmır.

Satıcı üçün

  1. Qeydiyyatdan keç. Nömrəni təsdiqlə, mağazanı yarat.
  2. Elan yerləşdir. Şəkil, qiymət, xüsusiyyətlər. Elan moderasiyadan sonra dərc olunur.
  3. Zəngləri izlə. Panelində neçə baxış, neçə nömrə açılışı və neçə WhatsApp keçidi olduğunu görürsən.

Nəyi görmürük

Satıcı sənə cavab verdimi, razılaşdınızmı, məhsul satıldımı — bunları İbay bilmir. Statistikamız WhatsApp açılana qədərdir; ondan sonrası sizin aranızdadır.