Bələdçi12 iyul 20265 dəq

Qulaqlıq seçimi: ANC nədir və sizə lazımdırmı?

Aktiv səs kəsmə texnologiyası hər kəsə lazım deyil. Hansı hallarda əlavə pul ödəməyə dəyər?

Aysel Quliyeva
Baxım və gözəllik
Qulaqlıq seçimi: ANC nədir və sizə lazımdırmı?

Aktiv səs kəsmə (ANC) mikrofonla ətraf səsi ölçüb, əks dalğa yaradaraq onu neytrallaşdırır. Ən yaxşı nəticəni sabit, aşağı tezlikli səslərdə verir — təyyarə mühərriki, metro, kondisioner.

Əgər əsasən evdə və ya sakit ofisdə istifadə edirsinizsə, ANC-yə əlavə pul ödəməyin mənası azdır. Passiv izolyasiyalı yaxşı qulaqlıq kifayət edir və batareya daha uzun gedir.

Gündəlik metro və ya avtobusla gedirsinizsə, ANC real fərq yaradır. Bu halda diqqət edin: batareya müddəti ANC açıq ikən adətən 20-30% azalır — elanda göstərilən rəqəm çox vaxt ANC bağlı ölçülür.

Alarkən satıcıdan soruşun: ANC səviyyəsi tənzimlənirmi, şəffaflıq rejimi varmı, və qulaqlıq qatlanırsa mentəşələr metaldır yoxsa plastik. Bu üç sual məhsulun keyfiyyət səviyyəsini yaxşı göstərir.

Tez-tez verilən suallar

ANC eşitməyə zərərlidirmi?

Xeyr. Əksinə, ətraf səs azaldığı üçün səsi daha aşağı səviyyədə dinləyirsən — bu, eşitmə üçün daha təhlükəsizdir.

Şəffaflıq rejimi nədir?

Mikrofonların ətraf səsi qulaqlığın içinə ötürməsidir. Küçədə və ya kassada qulaqlığı çıxarmadan danışmaq üçün istifadə olunur.

Qeyd: ibay elan platformasıdır — alqı-satqı birbaşa satıcı ilə aparılır. Zəmanət, çatdırılma və qaytarma şərtlərini satıcı müəyyən edir. Necə işləyir

Bütün yazılar

Bunları da oxu